Türkiyə ABŞ və Avropanın Suriya ilə bağlı qərarını alqışlayır

Türkiyə ABŞ və Avropanın Suriya ilə bağlı qərarını alqışlayır

Türkiyə və Rusiya Suriyanın suverenliyini qorumaq və sabitliyini təmin etmək üçün səylərini davam etdirəcək.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Suriyanın yeni hakimiyyəti ölkədə terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni davam etdirir.

"Türkiyə ABŞ və Avropanın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını alqışlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə diplomatik səylər göstərib", - o bildirib.

H.Fidan bildirib ki, Türkiyə və Rusiya Suriyanın yeni hakimiyyəti ilə əlaqələri və bu ölkənin suverenliyi, ərazi bütövlüyü və rifahını təmin etmək üçün səyləri davam etdirəcək.

"Cebheinfo.az"