İtkin şəhidimiz dəfn olundu - FOTOLAR

İtkin şəhidimiz dəfn olundu - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin şəxsiyyəti müəyyənləşdirilərək ailəsinə təhvil verilib.

"Cebheinfo.az" xəbər verir ki, Əsəddin Curu oğlu Novruzovun bu gün dəfn mərasimi keçirilib.

Şəhidin qalıqları ailəsinin yaşadığı Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Ə. Novruzov 1939-cu ildə Ağdərə rayonu Baş Güney kəndində anadan olub. Uzun illər Ağdərənin Mehmanə kənd həkim ambulatoriyasında həkim kimi çalışıb. Qarabağda münaqişələrin başladığı günə qədər əmək fəaliyyətinə burada davam edib. 

1991-ci ildə yaradılan kənd ərazi özünümüdafiə batalyonunun ən fəal üzvlərindən biri olub.

1992-ci il martın 12-də ermənilərin kəndə hücumunun bir hissəsi onun evi istiqamətində həyata keçirilib. Səhər saatlarında silahlıların artıq evə yaxınlaşdığını görən Ə. Novruzov oğlu Şamil Novruzovla birgə düşmənin irəliləməsinin qarşısını alıb. Lakin cəmi 2 nəfərlə düşmənin qarşısını qismən almağa nail olublar.

Ermənilərin açdığı atəş nəticəsində yaralanan Əsəddin Novruzov oğlunun köməkliyi ilə evinə gətirilib. Lakin onun nəşini çıxarmağa ermənilər imkan verməyib. 

"Cebheinfo.az"