Sabirabadda qəza nəticəsində avtomobil yanıb

Sabirabadda qəza nəticəsində avtomobil yanıb

Sabirabad rayonunun Minbaşı kəndində "Lifan" və “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebheinfo.az"