Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 6-da Amerika fond bazarlarında indekslərdə artım müşahidə edilib.
"APA-Economics"in məlumatına görə, Dow Jones indeksi 1.05% – 42,762.87 bəndədək, S&P 500 indeksi 1.03% – 6,000.36 bəndədək, Nasdaq indeksi isə 1.20% – 19,529.95 bəndədək yüksəlib.
Avropa fond bazarlarında da əsas indekslərdə artım davam edib. Belə ki, FTSE 100 indeksi 0.31% – 8,837.91 bəndədək, Fransanın CAC-40 indeksi 0.19% – 7,804.87 bəndədək artıb, Almaniyanın DAX indeksi isə 0.08% – 24,304.46 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.42% azalaraq 1.1397 dollar təşkil edib.
"Cebheinfo.az"