Dələduzlar Dilarənin adından istifadə etdi

Dələduzlar Dilarənin adından istifadə etdi

Əməkdar artist Dilarə Əliyevanın adından dələduzluq edilib.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə özü məlumat yayıb.

O bildirib ki, adından istifadə edərək pərəstişkarlarını aldadırlar:

“TikTok"da bir səhifə adımdan istifadə edərək fanatlarımı aldadır, hansısa yolla səslərimi tapıb, whatsappda onlara göndərir. Onlara özünü mənim kimi təqdim edir. Mənim yalnız rəsmi instagram hesabım var, burada da səhifəm şirkət tərəfindən idarə olunur. Daxili İşlər Nazirliyi dələduzluqla mübarizə aparır hər zaman. Belə dələduzlara inanmayın”.

"Cebheinfo.az"