Rusiyada işləyən azərbaycanlılara daha bir PROBLEM

Rusiyada işləyən azərbaycanlılara daha bir PROBLEM

Sankt-Peterburqda əmək miqrantları üçün patentlərin qiyməti artırıla bilər.

Bu təşəbbüsü şəhər Qanunvericilik Assambleyasının vitse-spikeri Pavel İtkin irəli sürüb.

“Cebheinfo.az” xəbər verir ki, o, “Telegram” kanalında təfərrüatları açıqlayıb.

"Miqrantların aldıqları sosial müavinətlər patentlərin dəyəri ilə əhatə olunmur", - Itkin deyib.
Qurum rəsmisi qeyd edib ki, sosial müavinətlərin alınmasında Rusiya vətəndaşlarının üstünlük təşkil etməsi ədalətli olardı. O, Sankt-Peterburqda bu gün 6 min rubl olan patentin qiymətini 10-15 min rubla qədər artırmağı təklif edib:

“Bu, regionda orta şəxsi gəlir vergisinə bərabər olsun”.

İtkin əlavə edib ki, miqrantlar şəhərin sosial proqramlarından fəal istifadə edirlər: “Bu, hazırda ödədikləri əmək patentlərinin qiymətindən daha bahadır”.
Rəsminin sözlərinə görə, o, artıq şəhər qubernatoruna müvafiq müraciət göndərib.
Məlumat üçün bildirək ki, azərbaycanlıların iş üçün getdikləri Rusiya şəhərlərindən biri də Sankt-Peterburqdur. Artım onların da iş şəraitinə ciddi təsir göstərəcək.

Xəzər
“Cebehinfo.az”