1212 ukraynalının cəsədi aparıldı: Geyimlərinə baxaraq...

1212 ukraynalının cəsədi aparıldı: Geyimlərinə baxaraq...

 Rusiya tərəfi İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq, ölən ukraynalı hərbçilərin cəsədlərinin ilk partiyasını mübadilə zonasına çatdırıb.

Onların hamısının Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri olduğu müəyyən edilib.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin bildirib.

"Rusiya tərəfi iyunun 2-də Rusiya-Ukrayna danışıqları zamanı İstanbulda əldə edilmiş razılaşmalara, həmçinin İstanbulda Ukrayna tərəfi ilə razılaşdırılmış qrafikə uyğun olaraq repatriasiya üçün hazırlanmış ukraynalı hərbçilərin cəsədlərini mübadilə zonasına çatdırıb. Bu, birinci partiyadır və  1212 ukraynalının cəsədləridir. Onların geyim formalarına və tapıldıqları əraziyə görə onların Ukrayna hərbçiləri olduğu müəyyən edilib”, -deyə o bildirib.

Xəzər
“Cebheinfo.az”