Rusiya hücuma KEÇDİ

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayəti ərazisinə hücuma keçib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə bazar günü, iyunun 8-də Rusiya Müdafiə Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, “Mərkəz” qüvvələr qrupunun 90-cı tank diviziyasının bölmələri Donetsk Xalq Respublikasının qərb sərhədinə çatıb və Dnepropetrovsk vilayətində hücumu inkişaf etdirməyə davam edir.
İyunun 8-də daha əvvəl bildirilmişdi ki, Qara Dəniz Donanmasının bölmələri Ukrayna Silahlı Qüvvələrinin qaz hasilat platformalarında radar sistemlərini məhv edə bilib.
Xəzər
"Cebheinfo.az"