Sirli səfər: Maskın atası Putinə mesaj gətirib?

Amerikalı milyarder İlon Maskın atası Errol Mask “Gələcəyin Forumu 2050”də iştirak etmək üçün Moskvaya gəlib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
O, tədbirdə məruzəçi kimi çıxış edə bilər. Nəşrlə söhbətində o, oğlunu ABŞ lideri Donald Trampla mübahisəyə görə qınayıb, həmçinin hədsiz yorğunluğundan danışıb.
"Nəfəs alsınlar. Onlar bütün müxalifətdən qurtulmalı, ölkəni yoluna qaytarmağa çalışmalı, adi işləri ilə məşğul olmalı idilər. İndi onlar çox yorğun və streslidirlər", - deyə Errol Mask bildirib.
Amma bəzi mənbələr Errol Maskın əslində ABŞ-də baş verən son olaylardan sonra oğlu İlon Maskdan Prezident Putinə mesaj gətirdiyini iddia edir.
Məlumat üçün bildirək ki, Tramp və Mask arasında münaqişə milyarderin yeni vergi və büdcə qanun layihəsini tənqid etməsi səbəbindən baş verib. ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) keçmiş rəhbəri Musk bunu "iyrənclik" adlandırıb: “Çünki layihə onsuz da böyük ABŞ büdcə kəsirini artırır. Buna cavab olaraq Tramp Maskın “dəli olduğunu” bildirib və “SpaceX” kosmik korporasiyasının dövlət müqavilələrinə çıxışını nəzərdən keçirəcəyini vəd edib.
Xəzər
“Cebheinfo.az”