KİV: Tramp və Maskın nümayəndələri arasında telefon danışığı olub

İyunun 6-da ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask nümayəndələri arasında telefon danışığı olub.
Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Donald Tramp və İlon Mask arasında sosial şəbəkələrdə qarşılıqlı tənqidlərin səngiməsi də məhz bu telefon danışığından sonra müşahidə olunub.
Ağ Evdəki mənbə bildirib ki, telefon danışığından sonra sosial şəbəkələrdəki gərgin qarşıdurmada kövrək bir yumşalma müşahidə olunur. Donald Tramp artıq paylaşım etməyi dayandırıb, amma bu, onun hər şeydən razı olduğu anlamına gəlmir. Donald Tramp xüsusən İlon Maskın onun adının yeniyetmə qızlarla bağlı qadın alverində günahlandırılmış maliyyəçi Ceffri Epşteyn işi üzrə sənədlərdə keçməsi və dəstəyi olmazdısa, prezident seçilə bilməyəcəyi ilə bağlı bəyanatlarına əsəbiləşib.
Qeyd eüdilib ki, Donald Tramp və İlon Mask arasında münasibətlərin necə inkişaf edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
"Cebheinfo.az"