Fidan Rutte ilə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Danışıq zamanı Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq səyləri müzakirə olunub.
Məlumata görə, Fidan və Rutte iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə hazırlıq mövzusuna da toxunublar.
"Cebheinfo.az"