“Uçan boşqab” əfsanələri: Uydurma, yoxsa?

ABŞ Müdafiə Nazirliyi uçan naməlum obyektlərin (“uçan boşqablar”) mövcudluğuna dair sübutlar uydurub.
“Cebheinfo.az” “The Wall Street Journal”-a istinadən xəbər verir ki, bu, ABŞ Konqresinin təşəbbüsü ilə aparılan araşdırmanın nəticələridir.
Nəşrin yazdığına görə, Pentaqon aylar ərzində “gizli UNO proqramları” ilə bağlı sui-qəsd nəzəriyyələrini sıralasa da, sonda ABŞ ordusu öz köməyinə gəlib. Məlum olub ki, nəzəriyyələrdən ən azı biri Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən uydurulub.
"ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Nevada səhrasında çox məxfi obyekt olan 51-ci ərazinin yaxınlığındakı bara baş çəkdi. O, obyekt sahibinə "uçan boşqab" ola biləcək fotoşəkillər verdi. Bu, ABŞ ordusunun gizli şəkildə yadplanetlilərin texnologiyası ilə işləməsi barədə əfsanələrə səbəb oldu", - məqalədə deyilir.
Qeyd edilir ki, bu insident ABŞ ordusu tərəfindən bərpa edilmiş yerdənkənar texnologiyanın guya sınaqdan keçirilməsi barədə məlumatların yayılmasına səbəb olub.
Bir müddət əvvəl Amerikanın “Fox News” telekanalı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sovet əsgərlərinə UNO-nun hücumu barədə məlumat yaydığını bildirmişdi.
Xəzər
“Cebheinfo.az”