Aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur

Amerikalı aktyor və “30 Seconds to Mars” qrupunun lideri Careda Leto 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur.
APA-nın “Air Mail”-a istinadən verdiyi xəbərə görə, 9 qadın yeniyetmə yaşlarında aktyorun cinsi zorakılığına məruz qaldıqlarını iddia edir.
Careda Leto təmsilçisi artıq qadınların iddialarına cavab verib. Aktyor seksual zorakılıq iddialarını rədd edir.
"Cebheinfo.az"