Tramp-Mask qarşıdurmasının PƏRDƏARXASI

Tramp-Mask qarşıdurmasının PƏRDƏARXASI

ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Maskın münahisəsinin əsas məğzi Ukraynanı “Starlink” süni peyk sistemindən ayırmaq üçün mübahisə ola bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Strategic Culture” məlumat yayıb.

Məqalə müəllifləri bildiriblər ki, Ağ Evlə mübahisə Maska “Starlink”-i Kiyevdən ayırmağa imkan verir. Trampın bu yolla Ukrayna Prezidenti Volodimir Zelenskini sülh razılaşmalarına  sövq etməyə çalışa biləcəyi deyilir.

Tramp və Mask arasında münaqişə bu həftə baş verib. İyunun 3-də “Tesla” qurucusu ölkə liderinin federal xərclərin azaldılması ilə bağlı qanun layihəsini tənqid edib. Bir neçə gün sonra Tramp Maskın hərəkətlərindən  məyus olduğunu deyərək onu tənqid edib.

Daha əvvəl Ağ Ev bildirmişdi ki, Mask və Tramp arasında mübahisə milyarderin “libertar baxışları və gözlənilməz davranışı ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqları” ilə bağlıdır.

Xəzər
“Cebheinfo.az”