Azərbaycan millisinin futbolçusu Rusiya Superkubokunun qalibi olub

Azərbaycan millisinin futbolçusu Rusiya Superkubokunun qalibi olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva "Zenit" klubunun heyətində Rusiya Superkubokunun qalibi olub.

“Report” xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda "Lokomotiv"i (Moskva) 3:0 hesabı ilə mğlub edib.

N.Mirzəliyeva görüşü əvəz olunmadan keçirib.

Qeyd edək ki, “Zenit” tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanıb.

​​​​​​"Cebheinfo.az"