Qaxda motosiklet aşıb

Qaxda motosiklet aşıb

Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 20:00 radələrində Qax şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet idarəetməni itirərək aşıb.

Qəza nəticəsində motosiklet sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir, şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

"Cebheinfo.az"