Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.
Bu barədə "Report"a Basketbol Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.
Komanda Avropa Kubokunun təsnifat mərhələsinin final oyununda Kipr seçməsinə 21:18 hesabı ilə qalib gəlib.
Avropa Kubokunun final mərhələsi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq.
"Cebheinfo.az"