Ermənistanda seçki bu TARİXDƏ keçiriləcək

Ermənistan parlamentinə növbəti seçkilərə düz bir il qalıb.
“Cebheinfo.az” xəbər verir ki, Ermənistanda 2026-cı il parlament seçkiləri iyunun 7-də keçiriləcək. Bu barədə parlamentin spikeri Alen Simonyan “Telegram”-da yazıb.
"Bu gün iyunun 7-dir. Ermənistan Milli Assambleyasının növbəti seçkilərinə düz bir il vaxt qalıb. Onlar 2026-cı il iyunun 7-də keçiriləcək. Geri sayım başlayıb", - Simonyan yazıb.
Qeyd edək ki, Ermənistan parlamentinə əvvəlki, növbədənkənar seçkilər 2021-ci ildə keçirilib. Seçkini hazırkı hakim “Mülki müqavilə” Partiyası qazanıb. “Ermənistan” və “Mənim şərəfim var” müxalifət blokları da parlamentə daxil olub.
Xəzər
“Cebheinfo.az”