Məşhur aktyor TANINMAZ HALDA – FOTO

Türkiyənin tanınmış komediyaçısı Ata Demirer xeyli çəki atması ilə diqqət çəkib.
Musavat.com-un xəbərinə görə, "Hadi anlat" verilişində qonaq olan aktyor yeni görünüşünün sirrini açıqlayıb.
O bildirib ki, sağlam qidalanma və müntəzəm gəzinti ilə 30 kilo çəki atıb.
"İllərlə diyetoloqlara getdim, amma nəticə olmadı. Əsas nəticəni sadə bir üsulla əldə etdim: çox gəzdim, günorta və axşam yeməyində çörək yemədim. Başqa sirrim yoxdur", - Ata Demirer əlavə edib.
"Cebheinfo.az"