Bakıda DƏHŞƏT: 28 yaşlı qadın 61 yaşlı sevgilisini ÖLDÜRDÜ

İyunun 8-də saat 1 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
28 yaşlı Nigar İbrahimli aralarında yaranmış münaqişə zəminində tanışı 61 yaşlı Hikmət Məmmədova bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən H.Məmmədov orada ölüb. N.İbrahimlə Hikmət Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı iddia olunur.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə N.İbrahimli saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır./Milli.Az
"Cebheinfo.az"