Kolumbiya prezidentliyinə namizəd çıxışı zamanı güllələndi

Kolumbiya “Demokratik Mərkəz” partiyasından prezidentliyinə namizəd, mühafizəkar senator Miquel Uribe şənbə günü Modelya rayonu yaxınlığında seçicilərlə görüşü zamanı güllələnib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda DW məlumat yayıb.
AFP bildirir ki, o, başından və ya kürəyindən ciddi xəsarət alıb. Seçki kampaniyası mitinqində güllələnən siyasətçinin vəziyyəti ağırdır.
Sui-qəsdi törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb.
Hücumdan sonra Kolumbiya Prezidenti Qustavo Petro Fransaya səfərini ləğv edib.
“Həyata hörmət edin, bu qırmızı xəttdir” , - deyib.
Qeyd edək ki, 39 yaşlı Uribe 1978-1982-ci illərdə Kolumbiya prezidenti olmuş Xulio Sezar Turbay Ayalanın nəvəsidir.
Kolumbiyanın müdafiə naziri Pedro Sançez hücumun araşdırılmasında bütün imkanlarını səfərbər edəcəyini bildirib. O, sui-qəsddə əli olanların tapılmasına şərait yarada biləcək məlumatları təqdim edəcək şəxsə 3 milyard peso (təxminən 730,000 dollar) mükafat təklif edib.
"Cebheinfo.az"