Tanışı 56 yaşlı Şəmkir sakinini bıçaqladı

Tanışı 56 yaşlı Şəmkir sakinini bıçaqladı

Şəmkirdə 56 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb. 

"Cebheinfo.az" xəbər verir ki, "Unikal"ın məlumatına görə, rayonun Qapanlı kənd sakini, 1969-cu il təvəllüdlü Xaliq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, X.İsmayılovu Şəmkir şəhər sakini, 1986-cı il təvəllüdlü Namiq Hüseynov münaqişə zəminində bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

"Cebheinfo.az"