VSel Bakı-Şamaxı-Yevlax yolunu bu hala saldı - VİDEO

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Cebheinfo.az”a verilən məlumata görə, əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.
“Cebheinfo.az”