Qəzzada məktəbin bombalanması nəticəsində azı 20 nəfər ölüb

Qəzzada məktəbin bombalanması nəticəsində azı 20 nəfər ölüb

Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsində məcburi köçkünlərin yaşadığı məktəbin bombalanması nəticəsində azı 20 nəfər həlak olub.

Bu barədə Fələstinin “Əl-Əqsa” telekanalı məlumat yayıb.

“İsrailin köçkünlərin məskunlaşdığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, aralarında uşaqlar da var, onlarla insan yaralanıb”,- deyə məlumatda qeyd edilib.

Telekanal həmçinin BMT, insan haqları və humanitar təşkilatları münaqişəyə son qoymaq və Qəzza zolağında sağ qalanları xilas etmək üçün təsirli addımlar atmağa çağırıb.

“Cebheinfo.az”