Rusiya bu tədbirə çox ciddi hazırlaşır

Dünya ölkələri liderlərin Moskvada 9 May Qələbə Günü qeyd etmələrinə qatılacağından narahat olan Ukrayna lideri Volodimir Zelenskinin təhdid dolu bəyanatlarından sonra Rusiya təhlükəsizlik tədbirlərini artırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə Vahid Dövlət Sistemi (RSChS) məlumat yayıb.
Qurum Moskva sakinlərinə və şəhərin qonaqlarına internetə mümkün məhdudiyyətlər barədə xəbərdarlıq mesajı göndərib.Bildirilib ki, bu tədbir Böyük Vətən müharibəsinin 80-ci ildönümünün qeyd edilməsi çərçivəsində həyata keçirilən təhlükəsizlik tədbirlərinin tərkib hissəsidir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Zelenskinin təhdidlərinə sərt cavab verib və mayın 9-da Moskvada mümkün terror aktı və ya hücum olacağı təqdirdə Kiyevin mayın 10-u görə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
Ekspertlər Medvedevin bəyanatlarının Kiyev tərəfindən ciddi qəbul edilməli olduğuna diqqət çəkir və Ukrayna ilə Rusiya arasında münaqişənin sona çatmasını istəməyən tərəflərin mayın 9-da böhranı daha da gərginləşdirmək və Trampın sülh səylərinə zərbə vurmaq üçün qanlı hücumlar həyata keçirə biləcəyini, bu halda Moskvanın buna bənzər cavab vermək məcburiyyətində qalacağını və bunun da böhranı uzadacağına münasibət bildirirlər.
Nigar Hacılı
"Cebheinfo.az"