İspaniya BMT-yə əlavə olaraq 500 milyon avro yardım edəcək

İspaniya BMT-yə əlavə olaraq 500 milyon avro yardım edəcək

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Qəzzada insan haqları pozuntuları və mümkün müharibə cinayətlərini araşdırmaq üçün BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına əlavə 500 milyon avro maliyyə ayrılacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Albares İspaniya Parlamentinin Xarici Əlaqələr Komitəsindəki çıxışında hökumətin aprelin 1-də qəbul etdiyi 2025-2028 Xarici Fəaliyyət Planının təfərrüatlarını bölüşüb.

Xarici işlər naziri bəyan edib ki, Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələr zamanı onlar İsrailin beynəlxalq hüquq və humanitar hüquq normalarına riayət etmək öhdəliyini vurğulayıblar.

Albares, İsrailin BMT üzvü olaraq BMT təşkilatları ilə əməkdaşlıq etməli olduğunu və Fələstinli mülki vətəndaşların əsas ehtiyaclarının qarşılanması lazım olduğunu bildirib.

Albares, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Qəzzada törədilən müharibə cinayətləri və insan hüquqları pozuntuları ilə bağlı araşdırmalarında səylərini və imkanlarını artırmaq üçün əlavə 500 milyon avro dəstək verəcəklərini açıqladı.

Nigar Hacılı 
"Cebheinfo.az"