Mourinyo: “Komandada qalıb-qalmayacağımı deməyəcəyəm”

Mourinyo: “Komandada qalıb-qalmayacağımı deməyəcəyəm”

Portuqaliyalı məşqçi Joze Mourinyo “Fənərbaxça”dan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” “Fanatik” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu mövzuda danışmaq istəmədiyini deyib: “Gələcəkdə komandada qalıb-qalmayacağımı deməyəcəyəm. Bu, ictimaiyyət qarşısında müzakirə edilməməli daxili məsələdir. Prezidentimizə və klub rəhbərliyinə hörmət olaraq bu mövzuda danışmaq istəmirəm”.

Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2024-cü ilin iyulunda “Fənərbaxça”ya baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Hazırda onun rəhbərlik etdiyi “Fənərbaxça” Türkiyə Super Liqasında 75 xalla 2-ci pillədə qərarlaşıb.

"Cebheinfo.az"