Rihanna üçüncü dəfə hamilədir - FOTOLAR

Rihanna üçüncü dəfə hamilədir - FOTOLAR

Məşhur müğənni Rihanna üçüncü övladına hamilədir.

Müğənni Nyu-Yorkdakı Metropoliten Muzeyinin Kostyum İnstitutunda keçirilən illik "Met Gala" balında şiş qarnı ilə ​​görüntülənib və bununla da hamiləlik xəbərlərini təsdiqləmiş olub.

Bu barədə Oxu.Az Radio1.ru-ya istinadən xəbər verir.

Reper A$AP Rocky ilə artıq iki oğul böyüdən Rihanna ailəsində tezliklə artım olacağından çoxdan şübhələnən pərəstişkarlarını sevindirib.

Müğənninin üçüncü hamiləliyi ilə bağlı söz-söhbətlər artıq bir neçə aydır, xüsusən də böyük ölçülü paltarlar geyinməyə başlamasından sonra yayılmağa başlamışdı. Lakin o, susqunluğunu qoruyur, hər hansı şərh verməkdən yayınırdı.

Qeyd edək ki, Rihanna və onun partnyoru A$AP Rocky illərlə dostluqdan sonra 2020-ci ildə sevgili münasibətinə başlayıblar. Onların ilk oğulları Riza Etelston Mayers 2022-ci ildə anadan olub, müğənni ikinci hamiləliyi barədə 2023-cü ildə "Superboul"da bəyan edib. Həmin ilin avqustunda cütlüyün Rayot Rouz Mayers adlı ikinci oğlu dünyaya gəlib.

"Cebheinfo.az"