Paşinyana təzyiq artır: “Parada getmə!”

“Ermənistanın Baş nazirinin ofisi Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyi ilə bağlı açıqlama verməkdən yayınır”.
“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazıb. Yalnız parlamentin sədri N.Paşinyanın paradda iştirakının düzgün olacağı fikrini bildirib.
“Ləngimə yalnız “Vətəndaş Müqaviləsi” Partiyası daxilindəki fikir ayrılıqlarına görə deyil. Çünki sorosçular Moskvaya səfərin əleyhinə olduğundan, hər hansı liderin paradda iştirakının nəticəsiz qalmayacağını deyən xarici tərəfdaşların təhdidləri ilə bağlıdır.
Hindistan, Macarıstan və Slovakiyanın baş nazirləri iştirakdan imtina etdikdən sonra Paşinyanın vəziyyəti daha da çətinləşib. Kaya Kallasın və Zelenskinin təhdidləri əslində nəticə verib.
Lakin Paşinyan fors-major hallar olmasa, Moskvaya getməyə meyillidir. “Vətəndaş Müqaviləsi”ndən yalnız milliyyətcə rus olan Aleksey Sandikov onunla gedəcək.
Çünki Rusiya “Vətəndaş Müqaviləsi”nin üzvlərinin bir çoxunu qəbul etmir və bəzi Soros üzvləri hətta “persona non-qrata” elan edilib və Moskvaya girişi qadağan olunub. Rusiyanın Ermənistan hərbi birləşməsini parada göndərmək təklifinə gəlincə, mənbələrimiz bildirir ki, Azərbaycandan fərqli olaraq, o, Moskvaya getməyəcək”, - nəşr qeyd edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”