"ASAN xidmət" ZİRVƏ idarəçilik marafonuna start verib - FOTOLAR

"ASAN xidmət" ZİRVƏ idarəçilik marafonuna start verib - FOTOLAR

"ZİRVƏ - Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri" layihəsinin açılış mərasimi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılır.

Məqsəd Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır.

Layihəyə əsasən, 6 may - 6 iyul tarixlərində müxtəlif dövlət və özəl sektordan olan 150 rəhbər şəxs "Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi" görüşlərində və "İdarəetmədə innovativ liderlik bacarıqları" mövzularında təlimlərdə, "ASAN xidmət" təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək.

Həmçinin işğaldan azad edilmiş ərazilərə infoturlar təşkil ediləcək və "Təəssüratlar toplusu" onlayn kitabı hazırlanacaq.

"Cebheinfo.az"