133 kardinalın qapalı toplantısı: Vatikanın dünya ilə əlaqəsi kəsildi

133 kardinalın qapalı toplantısı: Vatikanın dünya ilə əlaqəsi kəsildi

Mayın 7-də Vatikanda yeni Papanın seçilməsi üçün qapalı qurultaydan əvvəl bütün mobil rabitələr söndürüləcək. 

“Cebhenfo.az” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Telefon rabitəsi çərşənbə günü yerli vaxtla saat 15:00-da kardinalların Papa toplantısına başlamaq üçün Sikstin kapellasına getməsinə bir saat yarım qalmış kəsiləcək”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, rabitənin kəsilməsi Müqəddəs Pyotr meydanına təsir etməyəcək. Eyni zamanda, meydanın ərazisində hərəkət artıq məhdudlaşdırılıb: metal detektorlar quraşdırılıb, təhlükəsizlik gücləndirilib, pilotsuz təyyarələrə qarşı tədbirlər tətbiq edilib.

Bundan əvvəl bildirilmişdi ki, qarşıdan gələn konklavda səs vermək hüququ olan 133 kardinalın hamısı Roma Papasının seçkilərində iştirak etmək üçün Vatikana gəlib.

Xəzər
“Cebheinfo.az”