Əli Xameneyi İsrailin HƏDƏFİNDƏ

İsrailin keçmiş müdafiə naziri Yoav Qallant İranın nüvə fəaliyyətlərini inkişaf etdirməsi halında Təl-Əvivin bu obyektlərə yeni hücumlar edəcəyini bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, Yoav Qallant İran lideri Ayətullah Əli Xameneyiyə ünvanladığı məktubu sosial media hesabında paylaşıb.
Yoav Qallant məktubda Tehran rəhbərliyinin Təl-Əvivə qarşı mövqeyini tənqid edərək, “İran İsraili vəkilləri vasitəsilə mühasirəyə almağa çalışıb, lakin bu cəhd uğursuzluqla nəticələnib,” iddiasını irəli sürüb.
O, “Hizbullah”ın sabiq baş katibi Həsən Nasrallahın 7 oktyabr 2023 tarixindən sonra İsraillə HƏMAS arasında baş verən toqquşmalarda iştirak etmək üçün Xameneyidən icazə istədiyini, lakin İran liderinin bu istəyi rədd etdiyini iddia edib.
Yoav Qallant İranın 90 milyonluq əhaliyə və İsraildən 60 dəfə böyük əraziyə sahib olduğunu xatırladaraq, bu ölkənin “bu gün hər zamankindən daha müdafiəsiz” olduğunu söyləyib.
O əlavə edib ki, Tehran qarşısında bir neçə seçim var, lakin onların heç biri asan deyil:
“Nüvə inkişafını sürətləndirə bilərsiniz, lakin nə inşa etdiyinizi yəqin ki, görəcəyik və gördüyümüzü vuracağıq”.
Yoav Qallant İranın nüvə silahı əldə etmək yoluna qədəm qoyması halında bundan xəbərdar olacaqlarını bildirərək, bu addımı atarsa, “Tehrana ağır bədəllər ödədəcəklərini” iddia edib.
Nigar Hacılı
"Cebheinfo.az"