Qala Əntiq Əşyalar Muzeyi qapılarını açdı - FOTO

Uzun müddət qəzalı vəziyyətdə olan və dəyərli tarixi mirasımızı yaşadan Qala Əntiq Əşyalar Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin həyata keçirdiyi bərpa işlərindən sonra yenidən ziyarətçilərin ixtiyarına verilib.
"Cebheinfo.az" xəbər verir ki, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan muzey, illər boyunca Azərbaycan xalqının zəngin dekorativ-tətbiqi sənət nümunələrini və qədim məişət əşyalarını geniş ictimaiyyətə təqdim edib. Hazırda muzeydə 800-dən çox unikal eksponat nümayiş etdirilir.
"Cebheinfo.az"