"Qiraət mədəniyyətinin formalaşdırılması" layihəsi ilə bağlı təlimlər baş tutub - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin həyata keçirdiyi qrant müsabiqədə "Cığır" MDİD İB-nin qalibi olduğu "Qiraət mədəniyyətinin formalaşdırılması" layihəsi çərçivəsində könüllülərlə III hissədən ibarət təlimlər baş tutub.
"Cebheinfo.az" xəbər verir ki, görüşlərdə Birliyin təsisçisi, fil. ü. f. d Yeganə Mirzəyeva tərəfindən layihə könüllülərinə "Mütaliə işığında axtarış eşqi", "Yaradıcı düşüncə" və "Sözün işığı: Nitq və yazı bacarıqlarının artırılması" mövzularında təlimlər keçirilib. Təlimlərdə 40 nəfər layihə könüllüsünə "Balaca şahzadə" kitabı da paylanmışdır.
Qeyd edək ki, təlimlərə cəlb olunmuş könüllülər layihə müddətində Bakı və bölgələr üzrə olan mütaliə qruplarında uşaqlar və yeniyetmələrlə "Balaca şahzadə" kitabını oxuyacaqlar. Yeganə Mirzəyevanın könüllülər ilə olan görüşləri isə layihə müddətində davam edəcəkdir.
QHT layihənin uğurlu icrasına dəstək göstərdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib.
"Cebheinfo.az"