Rusiya Xarkovda doğum evini vurdu

Rusiya cümə günü Xarkova pilotsuz hava aparatı ilə hücum təşkil edərək doğum evini hədəfə alıb.
"Cebheinfo.az" xəbər verir ki, partlayış nəticəsində şüşələr qırılıb və parçaları körpələrin üzərinə düşüb.
Ailələr panika içində yenicə doğulmuş körpələri ilə birlikdə sığınacağa qaçıblar.
Xarkov Regional Prokurorluğunun verdiyi məlumata görə, üç qadın və üç körpə ağır stresə məruz qalıb və tibbi yardım alıblar.
Hadisə zamanı doğum etmiş Oleksandra Lavrinenko çox yüksək bir fit səsi ilə oyandığını deyib:
“Ərimlə birgə dərhal körpəmizin yanına qaçdıq. Elə həmin anda bir partlayış oldu və şüşələr qırıldı.Çox dəhşətli idi. Adrenalin o qədər yüksəldi ki, tikişlərimin olduğunu unutdum. İndi yavaş-yavaş şokdan çıxıram”.
Rusiya son həftələrdə Ukrayna ərazisində hava hücumlarının şiddətini artırıb.
2022-ci ildən başlayan işğaldan bəri Xarkov müntəzəm şəkildə hədəf alınır.
Nigar Hacılı
"Cebheinfo.az"