Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI

Bu il Azərbaycan Premyer Liqasında uzun illərdən sonra 12 klub mübarizə aparacaq.
Üstəlik, əsas elitada yarışacaq komandaların böyük əksəriyyətinin fərqli bölgələrimizi təmsil etməsi azarkeşlərin həyəcanına səbəb olur. Bu, həm də bölgələrdə futbolun inkişafına cidd təsir edəcək amil kimi dəyərləndirilir.
Yeni mövsümdən öncə klublarımız transfer çalışmalarını da davam etdirirlər. Bəziləri bahalı, bəziləri isə ucuz futbolçulara yönəlirlər. Yəni, hər klub öz büdcəsinə uyğun həmlələr edir.
Maraqlıdır, Azərbaycan Premyer Liqasında çıxış edən komandaların heyətinin dəyəri nə qədərdir?
“Cebheinfo.az” bununla bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsi aşağıdakı kimidir:
1. “Qarabağ” – 23,95 milyon avro
2. “Zirə” – 14,05 milyon avro
3. “Sabah” – 12,38 milyon avro
4. “Araz-Naxçıvan” – 9,18 milyon avro
5. “Neftçi” – 8,73 milyon avro
6. “Turan Tovuz” – 7,70 milyon avro
7. “Sumqayıt” – 4,70 milyon avro
8. “Şamaxı” – 3,53 milyon avo
9. “Kəpəz” – 3,38 milyon avro
10. “Qəbələ” – 400 min avro
11. “İmişli” – 400 min avro
12. “Karvan” – 275 min avro.
Elmir
“Cebheinfo.az”