Mürvət Həsənli: "Rusiyadan qidaya yaramayan toyuq gətirilir"

Mürvət Həsənli: "Rusiyadan qidaya yaramayan toyuq gətirilir"

Son günlər bir sıra Rusiyanın müvafiq qurumları bir sıra Azərbaycan məhsullarının idxalına qadağa qoyub.

Yayıl məlumatlara görə, bu məhsullardan biri kimi ölkəmizdən toyuq və toyuq məhsullarına qadağa tətbiq edilib.

Maraqlıdır, Rusiya Azərbaycandan toyuq məhsularının idxalına qadağa qoyub?  

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli “Cebheinfo.az”a bildirib ki, ümumiyyətlə, son 1 ildən çoxdur Rusiyaya bizdən toyuq məhsulları-nə toyuq əti, nə də yumurta ixrac olunmur:

“Əksinə ötən ilin və bu ilin statistikasına baxsaq, Rusiyadan bizə ikinci sort toyuq idxal olunur. Üzərində ikinci sort toyuq olduğu qeyd edilən məhsulları marketlərdə görmək olar.

Yəni yumurtadan kəsilmiş, qidaya yaramayan toyuqlar idxal edilir. Ötən il 28 min ton, bu ilin ilk 6 ayında təxminən 20 min ton idxal olunub. Ötən ilin mart ayından bizdən bir ədəd yumurta belə, ixrac olunmur”.

Nigar Abdullayeva
“Cebheinfo.az”