Hovuzlarda bu mayoların geyilməsi qadağan edildi

Almaniyanın Baden-Vürttemberg vilayətindəki açıq hava üzgüçülük hovuzlarında gigiyena səbəbi ilə geyim qaydaları sərtləşdirilir.
"Cebheinfo.az" xəbər verir ki, yeni tətbiqə əsasən, müəyyən olunmuş qaydalara əməl etməyən ziyarətçilər hovuzdan çıxarılacaqlar.
Məlumata görə, gigiyena standartlarını artırmağı hədəfləyən bu yeni tənzimləmə ilə burkinilər və geniş cibləri olan bəzi şort növləri qadağan edilir.
Rəsmilər bu cür geyimlərin suya çirk gətirdiyini və hovuzun gigiyenasına mənfi təsir etdiyini bildirirlər. Xüsusilə cibli şortların içində islanan kağız salfet kimi əşyaların olması digər üzgüçülər üçün narahatlıq yaradır.
Bəzi gənc oğlanların mayo altına alt paltar geyməsi də gigiyena riski olaraq qiymətləndirilib və bu praktika da dayandırılıb.
Üzgüçülük geyimlərinin yalnız üzmək məqsədilə və uyğun materiallardan hazırlanması qaydası sərtləşdirilib.
Nigar Hacılı
"Cebheinfo.az"