Göyçayda ev yanıb - FOTOLAR - YENİLƏNİB

Bu gün 07:41 radələrində Göyçay rayonu ərazisində, evdə baş verən yanğın hadisəsi nəticəsində 1963-cü il təvəllüdlü (kişi cinsli) şəxs boynun, kürəyin II dərəcəli yanığı diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, zəruri tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.
12:58
Göyçay rayonunun Mollahacılı kəndində ev yanıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 8 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.
Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"