Türkiyə 47 ildir bu anı gözləyirdi - VİDEO

Xəbər verdiyimiz kimi, “Terrorsuz Türkiyə” siyasi prosesinin gedişində PKK terror təşkilatı 47 ildən sonra bu gün silahı təhvil verir.
"Cebheinfo.az" “CNN Türk”ə istinadən xəbər verir ki, birinci mərhələdə İraqın Süleymaniyyə şəhərində bir qrup terrorçu tərəfindən təhvil verilən silahlar qeydiyyata alınaraq məhv edilir.
Bildirilir ki, 30 PKK üzvünün silahı təhvil verməsi prosesi başa çatıb.
Silahlar simvolik olaraq böyük metal qazanda yandırılıb.
Məlumata görə, Türkiyə tərəfdən 150 nəfərlik nümayəndə heyəti prosesi izləyib.
Qeyd olunur ki, PKK-nın silahı təhvil verməsi prosesi sentyabr ayına qədər tamamilə yekunlaşacaq.
Xatırladaq ki, bu günə qədər onminlərlə insanın ölümünə səbəb olan PKK terror təşkilatı 27 noyabr 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində qurulub. Təşkilatın ilk hücumu 1984-cü il avqustun 15-i axşam saatlarında Siirtin Eruh və Hakkarinin Şəmdinli rayonlarında həyata keçirilmiş, nəticədə 1 əsgər şəhid olmuş, 9 əsgər və 3 mülki şəxs yaralanmışdı.
"Cebheinfo.az"