Separatçıların “deputatı” həbsdə oğruyla bir yerdə saxlanılır

Qarabağda ləğv edilmiş qondarma rejimin Ermənistanda terror akları və dövlət çevrilişi hazırlamaqda ittiham edilərək həbs olunmuş nümayəndələrindən biri David Qalstyan təxminən bir həftə əvvəl Mehrablı (Vardaşen) cəzaçəkmə müəssisəsinə köçürülüb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd edək ki, özünü uydurma “DQR-in Milli Məclisi”-nin deputatı adlandıran David Qalstyan “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Vazgen Qalstanyana qarşı açılmış cinayət işi çərçivəsində həbs edilib.
O, cəzaçəkmə müəssisəsinin binasından 590 min dollar pulun oğurlanması işi üzrə təqsirləndirilən şəxslə birlikdə həbsdə saxlanılır. Bu iş üzrə Cinayətlərin və qaçaqmalçılığın araşdırılması üzrə baş idarələrdən birinin rəis müavini Hor Tadevosyan və Edqar Qriqoryan həbs ediliblər. David Qalstyanla eyni kamerada saxlanılan Edqar Qriqoryan keçmiş müdafiə naziri Seyran Ohanyanın köməkçisinin qardaşıdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”