İntihar edən keçmiş naziri 150 nəfər DƏFN EDİR - FOTOLAR

İntihar edən keçmiş naziri 150 nəfər DƏFN EDİR - FOTOLAR

Sankt-Peterburqdakı Smolenskoye qəbiristanlığında Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoytun dəfn mərasimi başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, dəfn yerinə 150-200 nəfər gedib.

Xatırladaq ki, iyulun 7-də səhər saatlarında Rusiya Prezidentinin fərmanı ilə Starovoit nəqliyyat naziri vəzifəsindən azad edilib. Heç bir səbəb göstərilməyib. Həmin gün Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, keçmiş nazirin güllə yarası ilə meyiti Odintsovo şəhər rayonunda tapılıb; baş verənlərin əsas versiyası intihardır.

“Cebheinfo.az” xatırladır ki, iyulun 8-də Prezidentin sərəncamı ilə Nəqliyyat Nazirliyinin rəhbəri Roman Starovoyt tutduğu vəzifədən azad edilib, Nikitin isə nazir səlahiyyətlərini icra edən şəxs təyin edilib. Günün ikinci yarısında Rusiya İstintaq Komitəsi Starovoytun Moskva vilayətində ölü tapıldığını bildirib. Onun intihar etdiyi deyilir.

Staravoyt Rusiyada nəqliyyatın çökməsi fonunda tutduğu vəzifədən uzaqlaşdırılıb. Belə ki, iyulun 5-i və 6-da Ukrayna pilotsuz təyyarələrinin kütləvi hücumundan sonra Moskva, Sankt-Peterburq və digər regionların hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub. 

Nəticədə bir çox sərnişin gözləmə zallarında demək olar ki, bir gün keçirməli olub. Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") məlumatına görə, aviaşirkətlər iyulun 5-dən iyulun 7-də Moskva vaxtı ilə saat 6:00-a qədər 485 reysi ləğv edib.

Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") mətbuat katibi Artem Korenyako deyib: "1,9 min uçuş uçuş və gəlişdə gecikdi, 43 min məcburi bilet geri qaytarıldı, 94 min nəfər otellərdə yerləşdirildi".

O bildirib ki, məhdudiyyətlər dövründə 88 təyyarə alternativ aerodromlara yola düşüb. “Kommersant” qəzeti isə yazıb ki, Rusiya hava limanlarında müvəqqəti məhdudiyyətlər səbəbindən nəqliyyatın çökməsi daşıyıcılara 20 milyard rubla başa gələ bilər.

Xəzər
“Cebheinfo.az”