Əbülfəz Səricanovla bağlı qərar verildi

Əbülfəz Səricanovla bağlı qərar verildi

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun həbs müddəti uzadılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə APA-ya vəkil Bəxtiyar Hacıyev məlumat verib.

Bununla bağlı Səbail rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə həbs müddətinin 4 ay uzadılması barədə qərar verib.

Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

"Cebheinfo.az"