Azərbaycanlılar ən çox bu ölkəyə gedir - NİYƏ?

Son illər xaricə gedən Azərbaycan turistlərinin sayı artıb.
Məhz bu il Monteneqroya gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxalıb.
Bu kiçik Avropa ölkəsi təmiz təbiəti, sakit dənizi, viza rejiminin asanlığı və nisbətən münasib qiymətləri ilə diqqət çəkir.
Monteneqroya səyahət edən turistlər arasında ailələrlə yanaşı, gənc cütlüklər, hətta tək səyahət edən şəxslər də var.
Maraqlıdır, Monteneqroya səyahət edənlərin sayının artmasının səbəbi nədir?
"Baku Travel and Tourism" şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, inasanlar istirahət zamanı qiymətlərin ucuz oldulduğu ölkələrə üstünlük verirlər:
“Bu gün Monteneqroya istirahətə gedənlərin sayında son illər kəskin artım var. İnsanların Monteneqroya istirahətə getməsinin əsas səbəblərindən biri viza tələbinin olmamasıdır. Eyni zamanda, bu əraziyə birbaşa uçuşların olması məhz inasanların rahat şəkildə istirahət etməsinə şərait yaradır.
Monteneqroda istirahət insanlara ucuz başa gəlir, qiymətlər olduqca münasbdir. Avropa ölkəsi olan Monteneqronun çox gözəl təbiəti var. Buna görə də inasalar bu əraziyə istirahətə getməyi daha üstün görür.
Azərbaycanla da həmin ölkələr arasında istər diplomatik, istər iqtisadi əlaqələr olduğu üçün turizm baxımından da münasibətlər yaxşıdı”.
Ekspert qeyd edib ki, Monteneqroya uçuşlar ucuz başa gəldiyindən tur paketlərinin də qiyməti çibə münasb olur:
“Eyni zamnda, maldiv və bali adalarında istirahət edənlərin sayınada da artım var. Əvvəllər bu yerlərə istirahətə getmək 3000 - 4000 ABŞ dollarına başa gəlirdisə, indi 700-1000 dollara bu yerlərdə istirahət etmək mümükündür. İnsanlar artıq arzuladıqları bu əraziyə sərfəli qiymətlərlə səfər edə bilirlər”.
Gülər
"Cebheinfo.az"