ABŞ İsrailin xristianlara hücumunu qınadı

ABŞ Dövlət Departamentinin sözçüsü Təmmi Brüs işğal altındakı İordan çayının qərb sahilində xristian sakinlərə və onların mülklərinə qarşı israillilər tərəfindən təkrarlanan zorakılığı qınadıqlarını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Brüs gündəlik mətbuat konfransında, jurnalistlərin Yaxın Şərqdəki hadisələrlə bağlı suallarını cavablandırıb.
O bildirib ki, qərb sahilində istənilən tərəfdən gələn qarışıqlıq və cinayət xarakterli zorakılığı pisləyirik:
“Xristian şəxslər daxil olmaqla bütün mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün atılan addımları dəstəkləyirik.
Əlbəttə, qeyd etmək istədiyim odur ki, bu prosesdə mülki vətəndaşların, günahsız insanların zərər görməsi bizi kədərləndirir. Üstəlik, xristianlar bir yana, kiminsə hədəf alındığını eşidəndə narahatlıq keçiririk”.
Nigar Hacılı
"Cebheinfo.az"