Tramp 20 milyon dollar təzminat ödəyəcək

ABŞ Göç İdarəsi və Gömrük Mühafizəsi rəsmiləri tərəfindən mart ayında Fələstinə dəstək aksiyalarına rəhbərlik etdiyi səbəbi ilə saxlanılan və 21 iyun tarixində sərbəst buraxılan Kolumbiya Universitetinin tələbəsi Mahmud Halil, Tramp administrasiyasına qarşı 20 milyon dollarlıq təzminat iddiası qaldırıb.
"Cebheinfo.az" xəbər verir ki, Nyu-York mərkəzli Konstitusion Hüquqlar Mərkəzi bu barədə yazılı açıqlama yayıb.
Qeyd olunur ki, Halil məhkəməyə təqdim etdiyi ərizədə siyasi səbəblərlə həbs edilməsi və saxlanması nəticəsində yaşadığı zərərləri detallı şəkildə izah edib və Tramp administrasiyasından 20 milyon dollar təzminatla yanaşı rəsmi üzr də tələb edib.
Halil açıqlamasında belə deyib:
“Bu, hesabatlılığa doğru atılan ilk addımdır. Məndən oğurlanan 104 günü heç nə geri qaytara bilməz. Travma, həyat yoldaşımdan ayrı qalmaq, məcburi qaçırıldığım ilk övladımın doğumu”.
Bu sözlər iddianın siyasi qisas və gücün sui-istifadəsi ilə bağlı məsuliyyətin tələb olunduğunu göstərir.
Bildirilib ki, bu məhkəmə iddiası, Tramp administrasiyasının İsrailin Qəzzadakı soyqırımını etirazla qarşılayan, əksəriyyəti tələbə və ABŞ vətəndaşı olmayan şəxslərə qarşı təzyiqləri nəticəsində hədəfə alınan bir şəxs tərəfindən açılan ilk təzminat iddiasıdır.
Nigar Hacılı
"Cebheinfo.az"