"Araz-Naxçıvan" bu gün Superliqa təmsilçisi ilə üz-üzə gələcək

"Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyununu keçirəcək.
"Cebheinfo.az" xəbər verir ki, "qırmızı-ağlar" Superliqa təmsilçisi "Alanyaspor"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 9-da "Bayburtspor"la qarşılaşıb və 14 cavabsız qolla qalib gəlib. Komanda son matçını iyulun 17-də “Trabzonspor”a qarşı keçirəcək.
"Cebheinfo.az"