"Mançester Yunayted" gənc hücumçu ilə müqavilə imzalayıb

İngiltərənin "Mançester Yunayted" klubu gənc hücumçu Entso Kana-Biyiklə müqavilə imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin detalları barədə ətraflı məlumat verilməyib.
19 yaşlı futbolçu Fransanın "Havr" klubunun gənclərdən ibarət komandasından transfer olunub. Müqavilə imzalandıqdan sonra gənc oyunçu İsveçrənin Superliqa klubu “Lozanna-Sport”a icarəyə verilib.
Qeyd edək ki, E.Kana-Biyik ötən mövsüm meydana çıxdığı 18 oyunda 9 qol vurub. O, həmçinin iki matçda "Havr"ın əsas komandasının ehtiyat oyunçular skamyasında yer alıb.
"Cebheinfo.az"