Los-Ancelesdə tunel çökdü

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində tikilməkdə olan böyük tunelin bir hissəsinin çökdüyü və təxminən 1 saat qapalı qalan 31 işçinin xilas edildiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Los-Anceles yanğınsöndürmə səlahiyyətliləri, şəhərdə tikilməkdə olan böyük tunelin bir hissəsinin çökdüyünü, 31 işçinin girişdən təxminən 6 mil (9,6 kilometr) kənarda qaldığını açıqlayıb.
Los-Anceles şəhər meri Karen Bass sosial media hesabında yayımladığı açıqlamada, çökmədən təqribən bir saat sonra bütün işçilərin xilas edildiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"