Məhkəmə Sabunçuda adam öldürməkdə təqsirləndirilən 21 yaşlı gənc barəsində qərar verib

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Məmmədəli Əmirxanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Məmmədəli Əmirxanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübüta yetirildiyi üçün o, məcburi müalicəyə göndərilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 13-də saat 23 radələrində Bakının Suraxanı rayonunda baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2003-cü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
"Cebheinfo.az"